Siyasət

    Azərbaycan prezidenti: “Sarkisyanın son bəyanatı, əslində, Ermənistanın işğalçı mahiyyətini göstərir”

[ 28 İyul 2011 10:02 ]
 “Əslində, Sarkisyandan başqa bir şey gözləmirdim. Çünki dəfələrlə onunla görüşmüşəm. Onun düşüncə tərzinə yaxşı bələdəm”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Ermənistan prezidenti Serj Sarkisyanın erməni gəncliyinə xitabən “Dağlıq Qarabağı düşməndən biz azad etdik, Ağrı dağı azad etməkdə sizin öhdənizə düşür” bəyanatına münasibət bildirərkən deyib.

Prezident İ. Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Bakıda keçirdiyi birgə mətbuat konfransında bildirib ki, əslində bu, Ermənistanın işğalçı mahiyyətini göstərir: “Bu ölkə problemlər içindədir. Bu ölkədən qaçanların sayı on minlərlə ölçülür. Ölkə iqtisadiyyatı tam böhran vəziyyətindədir - yoxsulluq, səfalət, ümidsizlik. Bir dənə də olsun əməlli-başlı müəssisə yoxdur, xarici ianələr, xaricdən himayədarlıq edənlər olmasa bu ölkə çökər. Belə vəziyyətdə, real əhalisi 1 milyon 800 min nəfər olan halda bu adamlar Türkiyənin əzəli, tarixi torpaqlarına iddia edirlər. Onlar hesab edirlər ki, Dağlıq Qarabağ məsələsini həll ediblər. Onlar yanılırlar. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan torpağı kimi qalır. Vaxt gələcək, Azərbaycan Dağlıq Qarabağ üzərində öz suverenliyini ya barış yolu ilə, ya da hərb yolu ilə bərpa edəcək.

Ancaq Türkiyə kimi böyük bir ölkəyə qarşı torpaq iddiasında olmaq? Bu, sadəcə onu göstərir ki, bu adamların başında nəsə çatmır. Onlar real dünyada yaşamırlar, özlərinin yaratdığı xülya dünyasında yaşayırlar. Onlar o yuxudan oyansınlar, real dünyaya qayıtsınlar və özlərini Türkiyə ilə heç olmasa, müqayisə etsinlər. Fil ilə qarışqanı müqayisə etmək olmaz”.

Azərbaycan Ermənistan prezidentinin son bəyanatlarına BMT səviyyəsində kəskin etirazını bildirib



[ 27 İyul 2011 10:48 ]
Azərbaycanın BMT-də müvəqqəti işlər vəkili Tofiq Musayev baş katib Pan Gi Muna məktub göndərib
 Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan prezidentinin son bəyanatlarına BMT səviyyəsində kəskin etirazını bildirib. Bu barədə BMT-nin mətbuat mərkəzindən məlumat veriblər.

Azərbaycanın BMT-də müvəqqəti işlər vəkili Tofiq Musayev BMT baş katibinə məktubunda diqqəti Ermənistan prezidenti Serj Sərkisyanın iyunun 22-də Avropa Şurası Parlament Assembleyasında, habelə Ukraynaya rəsmi səfəri zamanı və iyulun 9-da Gənc Zabitlərin İlk Ordu Konfransında çıxışlarına yönəldib. Məktubda deyilir ki, bu bəyanatlar Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin kökündə duran səbəbləri, müharibənin gedişini və nəticələrini hay-küylə təhrif etməyin ən utanmaz nümunəsidir.

“Xüsusilə qeyd etmək lazımdır ki, qeyd olunan bəyanatlar iyunun 24-də Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidentinin ev sahibliyi ilə Kazanda keçirdikləri görüşün əsaslarına qarşı yönəlib. Bu görüşdə tərəflər həll yolunu tapmaq üçün danışıqları davam etdirəcəklərini bildiriblər. Amma Ermənistan prezidentinin Kazan görüşü ərəfəsində və danışıqlardan dərhal sonra verdiyi qəfil emosional bəyanatlar göstərir ki, İrəvan rəsmiləri hələ də illüziyaların fəlakətli təsiri altındadırlar”.

Məktubda bildirilir ki, Azərbaycan erməni tərəfinin təxribatçı əməllərinə və bəyanatlarına kəskin etirazını bildirir və təcavüzkarın həyasız davranışını törətdiyi cinayətlərə görə cəzasız qalmasının təzahürü kimi qiymətləndirir. Azərbaycan hesab edir ki, Ermənistan rəhbərliyinin nümayişkaranə ritorikası münaqişənin həlli prosesinə inamsızlıq yaratmaq, beynəlxalq ictimaiyyəti çaşdırmaq və Ermənistan əhalisinin diqqətini ölkənin daxili problemlərindən yayındırmaq məqsədi güdür.

Cənab Musayev həmçinin BMT-nin diqqətini iyunda atəşkəsin Ermənistan Silahlı Qüvvələri tərəfindən pozulmasına yönəldib. Bu dövrdə Ermənistan Silahlı Qüvvələri atəşkəsi 55 dəfə pozublar, onlar həm Ermənistan ərazisindən, həm də işğal etdikləri Azərbaycan ərazilərindən atəş açıblar. Nəticədə Azərbaycanın bir mülki vətəndaşı öldürülüb, Azərbaycan silahlı qüvvələrinin bir əsgəri ciddi yaralanıb.

Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü olub

[ 25 İyul 2011 12:28 ]
 Azərbaycan prezidenti İlham Əliyev və Polşa prezidenti Bronislav Komorovskinin təkbətək görüşü olub.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Polşa münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrin bundan sonra da genişlənəcəyi bildirilib.

İkitərəfli münasibətlərin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı baxımından da əhəmiyyəti vurğulanıb.

B. Komorovskinin Azərbaycana rəsmi səfərinin əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.



Azərbaycan və Polşa arasında sənədlər imzalanıb


[ 25 İyul 2011 12:52 ]
 İyulun 25-də prezident İlham Əliyev və prezident Bronislav Komorovskinin iştirakı ilə Azərbaycan-Polşa sənədlərinin imzalanma mərasimi olub.

APA-nın məlumatına görə, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Polşa Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və Polşanın kənd təsərrüfatı nazirinin müavini Yaroslav Voytoviç, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Polşa Respublikasının Mədəniyyət və Milli İrs Nazirliyi arasında 2011-2013-cü illər üçün Əməkdaşlıq Proqramı”nı və “Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında” sazişi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Polşa xarici işlər nazirinin müavini Yeji Pomyanovski imzalayıblar



Mərakeşin Azərbaycandakı səfiri Tovuz rayonuna səfər edib








 
[ 25 İyul 2011 16:02 ]
 Mərakeşin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hassan Hami millət vəkili Qənirə Paşayevanın dəvəti ilə Tovuz rayonuna səfər edib.


APA-nın məlumatına görə, millət vəkili ilk olaraq diplomata Azərbaycan xəritələri əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü haqqında məlumat verərək ötən əsrlər boyu qonşu dövlətlərin işğalçı siyasəti nəticəsində Azərbaycan Respublikasının ərazilərinin tədricən bölünərək həmin dövlətlərin tərkibinə qatıldığını və hal-hazırda isə Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini bildirib. Sonra isə səfir rayonun Şəhidlər Xiyabanını ziyarət edib, Tovuz məscidinə baş çəkib.
Ermənistanla sərhəddə yerləşən Ağdam kəndinə gedən səfirə Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini tez-tez pozaraq sərhəd kəndlərini, sivil insanları atəşə tutması, sakinlərin əkin-biçinlə məşğul olmalarına mane olmaları, xüsusilə yay aylarında yanğınlar törətmələri, snayperdən açılan atəşlə əkin sahələrinin suvarılmasına mane olmaları barədə məlumat verilib. Bildirilib ki, sakinlər artıq bir neçə ildir ki, kənd qəbiristanlığına gedərək yaxınlarının qəbirlərini ziyarət edə bilmirlər. Çünki kənd qəbiristanlığı sərhədə yaxın ərazidə yerləşir və Ermənistan Silahlı Qüvvələrinin snayperləri qəbiristanlığa gedən sakinləri hədəfə alırlar. Onlar son bir neçə il ərzində qəbiristanlığı ziyarət edən bir neçə kənd sakinini qətlə yetirib, bir neçəsini isə yaralayıblar. Bu səbəbdən də sakinlər yeni qəbiristanlıq salıblar. Ermənistan Silahlı Qüvvələrinin hər il qəbiristanlığı və onun içərisində yerləşən tarixi-dini abidələri yandırması kənd sakinləri üçün böyük faciədir.
Millət vəkili Qənirə Paşayeva Mərakeş səfirinin Tovuz rayonuna səfərinin çox əhəmiyyətli olduğunu bildirib. Qeyd edək ki, sərhəd kəndində olan diplomat həmçinin burada xatirə olaraq ağac da əkib.
Səfər çərçivəsində Hassan Hami Tovuz rayonunun icra başçısı Tofiq Zeynalovla görüşüb. Tofiq Zeynalov və millət vəkili Qənirə Paşayeva səfirə rayonun coğrafi mövqeyi, strateji əhəmiyyəti, iqtisadiyyatı və turizm potensialı barədə məlumat veriblər. İcra başçısı ilə görüşdə səfirə saz hədiyyə verilib. Millət vəkili Qənirə Paşayeva Mərakeşin bir bölgəsi və ya şəhəri ilə Tovuzun qardaşlaşmasının çox əhəmiyyətli ola biləcəyini, Mərakeşin bölgələri ilə Tovuz arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib və bu istiqamətdə təkliflə çıxış edib.
Səfir Hassan Hami Tovuza səfərindən məmnun qaldığını, Azərbaycanın və onun ayrı-ayrı bölgələrinin sürətlə inkişaf etdiyini və Mərakeşin Azərybaycanın ayrı-ayrı bölgələri, o cümlədən Tovuzla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib. Azərbaycanın ərazi bütövlüyü məsələsinə toxunan səfir bildirib ki, onun ölkəsi bütün beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb və dəstəkləyir. Səfir rayonun turizm üçün görməli yerləri, tarixi abidələri ilə də tanış olub və bu səfərdən çox razı qaldığını deyib.
Qonaqlar həmçinin Tovuz rayonunun Aşağı Ayıblı kəndində arxeoloji qazıntılar aparılan «Menteş təpə» adlanan ərazidə də oldular. Burada onlara bizim eradan əvvəl 4-cü minilliyə aid olan qədim yaşayış yerində tikili qalıqları, istehsal sahələrini əks etdirən emalatxanalar göstərilib. “Menteş” adlanan ərazidə 160 kv.metr sahəni əhatə edən kurqan aşkar edilib. Qeyd edək ki, aparılan arxeoloji tədqiqatlarda iştirak edən fransalı arxeoloqlar da səfir Hassan Hamiyə bu qədim yaşayış yeri haqda məlumat veriblər.




Azərbaycan Rusiyaya hərbi helikopter simulyatoru sifariş verib

[ 25 İyul 2011 14:35 ]
    Azərbaycan Rusiyaya hərbi helikopter simulyatoru sifariş verib. Bu barədə  hərbi mənbələrdən bildirilib.

“Tranzas” şirkəti ilə imzalanmış müqaviləyə əsasən, Rusiya şirkəti Azərbaycan Hərbi Hava Qüvvələri üçün “Mi-35” döyüş helikopterlərinin simulyatorunu hazırlayacaq.

Qeyd edək ki, “Tranzas” şirkəti Braziliya, Hindistan, Suriya və Kiprdən də simulyatorlar sifarişi




Rəcəb Tayyip Ərdoğan: “Türkiyə-Azərbaycan əlaqələrinin gücləndirilməsi Qafqaz bölgəsində sabitliyin təmin edilməsinə yönəlib”
[ 27 İyul 2011 12:58 ]
 Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Bakıda Azərbaycan rəsmiləri ilə keçirdiyi görüşlərdə ölkələr arasında ikitərəfli əlaqələrin inkişafı əsas müzakirə mövzusu olacaq.

 Bu barədə səfər öncəsi keçirdiyi mətbuat konfransında Rəcəp Tayyip Ərdoğan bildirib.

“İyunun 12-də keçirilən seçkilərdən sonra, Şimali Kipr Türk Cümhuriyyətinə səfər etdim, Azərbaycana səfər seçkilərdən sonra ikinci xarici səfərimdir. İkili və heyətlərarası görüşmələrdə Türkiyə və Azərbaycan arasında ki əlaqələrin inkişaf etdirilməsi müzakirə olunacaq», - deyə Türkiyənin baş naziri bildirib.

Ərdoğan əlavə edib ki, dövlətlər arasında enerji layihələri, xüsusilə də “Nabucco” layihəsi üzərində işlər davam edəcək: «Bu layihədən Avropanın gözləntiləri 10 milyard kub metr təbii qazdır. Bununla əlaqədar olaraq öz aramızda görüşür və işləri yol xəritəsi çərçivəsində aparırıq».

“Biz Cənub Qafqazda sülh üçün çalışacağıq”, - deyən baş nazir qeyd edib ki, Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Qafqaz bölgəsində sabitliyin təmin edilməsinə yönəlib.